Braziliyada “X” sosial şəbəkəsinin fəaliyyəti tədricən bərpa olunur

Braziliyada “X” sosial şəbəkəsinin fəaliyyəti tədricən bərpa olunur “X” sosial şəbəkəsi Braziliya Ali Məhkəməsinin qərarı ilə əlaqədar bir aydan çox müddətə əlçatmaz qaldıqdan sonra bu ölkədə Braziliyada tədricən bərpa olunur.
İKT
10 Oktyabr , 2024 04:44
Braziliyada “X” sosial şəbəkəsinin fəaliyyəti tədricən bərpa olunur

“X” sosial şəbəkəsi Braziliya Ali Məhkəməsinin qərarı ilə əlaqədar bir aydan çox müddətə əlçatmaz qaldıqdan sonra bu ölkədə tədricən bərpa olunur.

“Report” xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi şirkətin press-relizinə istinadən məlumat yayıb.

"X” Braziliyaya qayıtmaqdan qürur duyur. On milyonlarla braziliyalıya əvəzolunmaz platformamıza giriş imkanı vermək bu müddət ərzində çox vacib idi. Harada çalışsaq da, söz azadlığını qanun çərçivəsində qorumağa davam edəcəyik", - məlumatda qeyd olunur.

Bundan əvvəl, çərşənbə günü gecə Braziliya Ali Məhkəməsinin hakimi Aleşandri di Morais, ölkədə “X” sosial şəbəkəsinin işinə qoyulan məhdudiyyətlərin qaldırılmasını təsdiqləyib.

Xatırladaq ki, avqustun sonunda di Morais, İlon Maskın platformanın ölkədə yeni qanuni nümayəndəsini təyinatından imtina etməsindən sonra Braziliyada sosial şəbəkənin işini dayandırmaq barədə qərar çıxarıb. Qərar sonradan Federal Ali Məhkəmənin kollegiyası tərəfindən yekdilliklə dəstəklənib.

Son xəbərlər

Orphus sistemi