Faythinger: "Beynəlxalq Astronavtika Konqresinin nümayəndələri Bakıda toplaşacaq"

Faythinger: "Beynəlxalq Astronavtika Konqresinin nümayəndələri Bakıda toplaşacaq" “Növbəti Beynəlxalq Astronavtika Konqresi 2023-cü il oktyabrın 2-3-də Bakıda keçiriləcək”.
İKT
6 Dekabr , 2022 10:14
Faythinger: Beynəlxalq Astronavtika Konqresinin nümayəndələri Bakıda toplaşacaq

“Növbəti Beynəlxalq Astronavtika Konqresi 2023-cü il oktyabrın 2-6-da Bakıda keçiriləcək”.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru Kristian Faythinger deyib.

Onun sözlərinə görə, görüş dünyanın hər yerindən bu sahənin nümayəndələrini bir araya gətirəcək.

"Bu baxımdan, müxtəlif ölkələrin nümayəndələrinin buraya toplaşması xüsusilə diqqətəlayiqdir, çünki bizim onlara konqresin proqramı haqqında məlumat vermək imkanımız olacaq", - o bildirib.

K.Faythinger qeyd edib ki, bu tədbir təkcə təşkilat üçün deyil, həm də Azərbaycan üçün xüsusi hadisədir.

Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru həmçinin ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin iştirakı ilə görüşün təşkilinə görə Azərbaycan tərəfinə təşəkkür edib.

Son xəbərlər

Orphus sistemi