"Baktelecom" Zirə qəsəbəsində genişzolaqlı internet xidmətləri təqdim edib

"Baktelecom" Zirə qəsəbəsində genişzolaqlı internet xidmətləri təqdim edib Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC ("Baktelecom") “Onlayn Azərbaycan” layihəsi çərçivəsində Bakının Xəzər rayonunun Zirə qəsəbəsində genişzolaqlı internet xidmətləri təqdim edib.
İKT
17 Noyabr , 2022 16:55
Baktelecom Zirə qəsəbəsində genişzolaqlı internet xidmətləri təqdim edib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC ("Baktelecom") “Onlayn Azərbaycan” layihəsi çərçivəsində Bakının Xəzər rayonunun Zirə qəsəbəsində genişzolaqlı internet xidmətləri təqdim edib.

"Report" nazirliyə istinadən xəbər verir ki, bunun üçün sürətli və kəsintisiz internet xidməti göstərən fiber-optik GPON (Gigabit Passive Optical Networks) şəbəkəsinin tikintisi ilə əlaqədar zəruri avadanlıqlar montaj olunaraq istifadəyə verilib.

Son nəticədə Zirədə 6 000-ə qədər ev təsərrüfatı yüksəksürətli internetlə əhatə edilib. Hazırda 2 574 abunəçi internet xidmətindən istifadə edir və yeni qoşulmalar davam etdirilir.

Yeni fiber-optik GPON texnologiyasının tətbiqi ilə abunəçilərə daha yüksəksürətli (30 mbit/s-dən 100 mbit/s-dək) internet paketləri və digər xidmətlər təklif olunur.

Son xəbərlər

Orphus sistemi