Bakıdakı təsərrüfatların 95 %-dən çoxunun genişzolaqlı internetə çıxışı var

Bakıdakı təsərrüfatların 95 %-dən çoxunun genişzolaqlı internetə çıxışı var Bu ilin I yarısında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİİN) həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində Bakı şəhərində 220 min ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb.
İKT
31 İyul , 2024 10:24
Bakıdakı təsərrüfatların 95 %-dən çoxunun genişzolaqlı internetə çıxışı var

Bu ilin I yarısında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİİN) həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində Bakı şəhərində 220 min ev təsərrüfatı və biznes subyektinin genişzolaqlı internetə çıxış imkanı yaradılıb.

“Report” RİİN-ə istinadən xəbər verir ki, ümumilikdə təsərrüfatların 95%-dən çoxunun genişzolaqlı internetə çıxışı təmin olunub.

Layihə müddətində Bakı şəhərində genişzolaqlı internetə çıxış imkanı əldə etmiş ev təsərrüfatı və biznes subyektlərinin sayı 6 dəfə artıb. Carı ilin I yarımilində 2020-ci illə müqayisədə 5 dəfə çox təsərrüfatın genişzolaqlı internetə çıxışı təmin edilib.

Sözügedən layihə çərçivəsində 2024-cü ilin sonunadək ölkə ərazisində bütün ev təsərrüfatı və biznes subyektlərinin GPON və digər genişzolaqlı texnologiyalar vasitəsilə genişzolaqlı internetlə təmin edilməsi, yüksəksürətli internetdən istifadənin genişləndirilməsi və sabit genişzolaqlı internet abunəçilərinin faizinin artırılması planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi