Bakı “GSMA M360 Eurasia 2023” beynəlxalq konfransına ev sahibliyi edib

Bakı “GSMA M360 Eurasia 2023” beynəlxalq konfransına ev sahibliyi edib Mayın 16-dan Bakıda “GSMA M360 Eurasia 2023” beynəlxalq konfransına start verilib.
İKT
18 May , 2023 10:00
Bakı “GSMA M360 Eurasia 2023” beynəlxalq konfransına ev sahibliyi edib

Mayın 16-17-də Bakıda “GSMA M360 Eurasia 2023” beynəlxalq konfransı keçirilib.

Tədbir Azərbaycanın aparıcı mobil operatoru olan "Azercell Telecom" MMC ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təşkilati dəstəyi ilə keçirilib.

Regionda və dünyada mövcud olan texnologiya tendensiyalarından bəhs edən üç əsas mövzunun müzakirə olunduğu bu konfransda həm regional, həm də beynəlxalq ekspertlər iştirak etmişdir: yeni nəsil əlaqə, geniş yayılmış rəqəmsallaşma və açıq texnologiyalar. Konfrans iştirakçıları həmçinin, əlaqələr vasitəsilə rəqəmsal inklüzivliyin və humanitar yardımın əhəmiyyəti məsələsinə də toxunublar.

Konfransı giriş sözü ilə açıq elan edən GSMA-nın baş direktoru Mats Qranrid rəqəmsal uçurum haqqında məruzə ilə çıxış edib. Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu məsələ ilə bağlı yerli fəaliyyət, qarşıda duran plan və hədəflər barədə danışıb.

“2024-cü ilin sonuna qədər Azərbaycanda bütün yaşayış məntəqələrinin internetlə təmin olunacağı gözlənilir. Bu baxımdan, infrastruktur məsələsi işimizin əsas hissəsini təşkil edir”, - deyə o qeyd edib.

"Huawei" şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya Regionu üzrə Operator Şəbəkələri Biznes Qrupunun Prezidenti An Jian bildirib ki, rəqəmsal inkişaf qlobal iqtisadi inkişaf üçün böyük əhəmiyyət kəsb edir və bu, strateji yanaşma tələb edir.

“Araşdırmalar göstərir ki, 2015-2025-ci illər arasında qlobal iqtisadi artımın 55%-i rəqəmsal iqtisadiyyat sayəsində əldə olunacaq. Bu dövrdə rəqəmsal iqtisadiyyatın verəcəyi töhfəsinin 24,3%-ə çatacağı gözlənilir”,- deyə o qeyd edib. "Huawei" rəsmisinin sözlərinə görə, xüsusilə inkişaf etməkdə olan ölkələrdə rəqəmsal iqtisadiyyatın inkişafı üçün İKT-yə investisiya qoyulması olduqca vacibdir.

“İKT sektoruna yatırılan hər 1 dollar orta hesabla qlobal ÜDM-i 3,5 dollar artırır. İnkişaf etməkdə olan ölkələrdə bu sərmayə 4,4 dollar artıma səbəb ola bilər”, -deyə cənab Jian bildirib. O, həmçinin qeyd edib ki, rəqəmsal iqtisadiyyat qlobal artıma təkan verir və Azərbaycan da bu sahədə liderlik edənlər sırasındadır.

Tədbirin ikinci hissəsində məruzəçilərin görüşü və panel müzakirələri aparılıb.

“Dünyada baş verən hadisələr də 5G-nin tətbiq edilməsinin biznesin inkişafına töhfə verdiyini göstərir. Azərbaycanda 5G-nin tətbiqi məcburidir. Buna, 4G-yə qoyulan investisiyaların 5G-yə çevrilməsi ilə nail olunacaq. Bununla əlaqədar olaraq investisiya axını təmin edilməli idi” - “Huawei Technologies Azerbaijan” MMC-nin baş direktoru David Xu bildirib.

Sessiya zamanı məruzəçilər rəqəmsal davamlılığın əsas elementlərini və gələcəkdə davamlı rəqəmsal ekosistemin yaradılması strategiyalarını nəzərdən keçiriblər.

Son xəbərlər

Orphus sistemi