"Bakcell" abunəçilərinin 26%-i "facebook"dan istifadə edir

"Bakcell" abunəçilərinin 26%-i "facebook"dan istifadə edir Həmçinin, təxminən 30% "Whatsapp" tətbiqindən istifadə edir
İKT
7 Mart , 2016 13:12
Bakcell abunəçilərinin 26%-i facebookdan istifadə edir

Bakı. 7 mart. REPORT. AZ/ Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkətinin istifadəçilərinin 26%-i "facebook" sosial şəbəkəsi istifadəçisidir. 

"Report" xəbər verir ki, bunu "Bakcell"in marketinq üzrə baş direktoru Mariya Toyçeva bildirib. 

Onun sözlərinə görə, "Bakcell" abunəçilərinin hər üç nəfərindən biri, təxminən 30%-i "Whatsapp" tətbiqindən istifadə edirlər. 

Qeyd edək ki, "Bakcell"in ölkə üzrə 3 mln. abunəçisi, habelə 5 mindən artıq baza stansiyası var.

Son xəbərlər

Orphus sistemi