“Aztelekom”un rəhbəri dəyişib

“Aztelekom”un rəhbəri dəyişib Tural Pirverdiyev Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-nin Baş direktoru təyin edilib.
İKT
7 Sentyabr , 2023 10:30
 “Aztelekom”un rəhbəri dəyişib

Tural Pirverdiyev Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC-nin Baş direktoru təyin edilib.

“Report” xəbər verir ki, o, bu vəzifədə Elçin Niyazovu əvəz edib.

T. Pirverdiyev, 2008-209-cu illərdə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Neft-Qaz Constraction” şirkətində, 2009-cu ildən isə "Azercell Telecom" şirkətində müxtəlif vəzifələrdə çalışıb. O, bu təyinatadək "Azercell Telecom" şirkətinin maliyyə direktorunun müavini və nəzarət şöbəsinin müdiri vəzifəsində çalışıb.

T. Pirverdiyev, həm də nazirliyə məxsus “Bakı Telefon Rabitəsi” MMC-yə rəhbər təyin edilib. Bu vəzifədə də E. Niyazovu əvəz edib.

Xatırladaq ki, "Aztelekom" 1996-cı ildən fəaliyyət göstərən eyni adlı İstehsalat Birliyinin bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 22,525 milyon manat təşkil edir. Milli rabitə operatoru olan şirkət fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif xidmətlər göstərir.

Son xəbərlər

Orphus sistemi