“Azərpoçt” və Türkiyənin Dövlət Poçtunun nümayəndələri arasında görüş keçirilib

“Azərpoçt” və Türkiyənin Dövlət Poçtunun nümayəndələri arasında görüş keçirilib “Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi çərçivəsində “Azərpoçt” MMC və Türkiyə Dövlət Poçtu (PTT) nümayəndələri arasında görüş keçirilib.
İKT
5 Dekabr , 2019 11:52
“Azərpoçt” və Türkiyənin Dövlət Poçtunun nümayəndələri arasında görüş keçirilib

“Bakutel 2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi çərçivəsində “Azərpoçt” MMC və Türkiyə Dövlət Poçtu (PTT) nümayəndələri arasında görüş keçirilib.

"Report" bu barədə "Azərpoçt"a istinadən xəbər verir. 

Bildirilib ki, yaxın vaxtlarda tərəflər arasında elektron ticarət mallarının poçtla mübadiləsi sahədə müqavilə imzalanması nəzərdə tutulur. Belə ki, tətbiq olunacaq tariflər barədə razılıq əldə olunub. Layihənin hazırlanması ilə bağlı texniki məsələlər həll edildikdən sonra qısa zaman ərzində müqavilənin imzalanması mümkün olacaq.

Qeyd edək ki, “Azərpoçt” və PTT arasında imzalanması nəzərdə tutulan müqavilədə elektron ticarət mallarının bazara uyğun qiymətlərlə çatdırılması nəzərdə tutulur. Müqavilənin reallaşdırılması iki ölkə arasında mübadilə olunan poçt həcminin daha da artmasına imkan verəcək.

Son xəbərlər

Orphus sistemi