"Azərpoçt"un departament müdiri ÜPİ-də proqram meneceri təyin olunub

"Azərpoçt"un departament müdiri ÜPİ-də proqram meneceri təyin olunub Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin Beynəlxalq daşımalar departamentinin müdiri Anar Məcidov Ümumdünya Poçt İttifaqının (ÜPİ) Avropa və MDB ölkələri üzrə proqram meneceri təyin olunub.
İKT
4 Mart , 2024 09:41
Azərpoçtun departament müdiri ÜPİ-də proqram meneceri təyin olunub

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin Beynəlxalq daşımalar departamentinin müdiri Anar Məcidov Ümumdünya Poçt İttifaqının (ÜPİ) Avropa və MDB ölkələri üzrə proqram meneceri təyin olunub.

"Report" nazirliyə istinadən xəbər verir ki, o, təşkilatın sözügedən ölkələrdə həyata keçiriləcək texniki əməkdaşlıq proqramları və layihələri ilə əlaqədar işin təşkili və qiymətləndirilməsini aparacaq.

"Azərbaycan nümayəndəsinin belə yüksəknüfuzlu beynəlxalq təşkilatda mühüm vəzifəyə qəbul olunması ölkəmizin ÜPİ ilə apardığı uzunmüddətli, sıx əməkdaşlığın təzahürüdür. Tərəflər arasında səmərəli əməkdaşlıq əsasında qurulan əlaqələr regionda və dünya miqyasında poçt xidmətlərinin inkişafına, modernləşdirilməsinə mühüm təsir göstərir. Yeni təyinat isə, öz növbəsində, bütün regionda əməkdaşlığın daha da genişlənməsinə, ölkədə beynəlxalq təcrübənin artırılmasına, əlavə layihələrin və proqramların təşviqinə, habelə ÜPİ-nin Avropa və MDB ölkələri üzrə fəaliyyətlərinin daha da inkişafına əlavə imkanlar yaradacaq, tərəflərin poçt sektorunda əməkdaşlığı gücləndirmək üçün səylərinin növbəti mərhələsidir. Yeni mərhələ qarşıda dayanan perspektivlər istiqamətində əməkdaşlığın daha da möhkəmlənməsi və poçt xidmətlərinin müasir standartlara cavab verməsinin təmin edilməsi üçün möhkəm əsas yaradır", - deyə açıqlamada qeyd olunub.

Son xəbərlər

Orphus sistemi