“Azərpoçt” son 20 ildə 73 yeni bankomat quraşdırıb

“Azərpoçt” son 20 ildə 73 yeni bankomat quraşdırıb 2003-2023-cü illər ərzində Azərbaycan poçt şöbə və filiallarında 73 yeni bankomat quraşdırılıb.
İKT
19 Yanvar , 2024 16:20
“Azərpoçt” son 20 ildə 73 yeni bankomat quraşdırıb

2003-2023-cü illərdə Azərbaycanın poçt şöbə və filiallarında 73 yeni bankomat quraşdırılıb.

Bu barədə “Report”a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib ("Azərpoçt" MMC nazirliyə məxsusdur).

Bildirilir ki, hesabat dövründə 887 yeni poçt şöbəsi binası tikilib, 126 poçt şöbəsi binası əsaslı təmir edilib, 11 poçt filialı üçün isə yeni bina tikilib. Əlavə olaraq 367 yeni avtomobil alınaraq istifadəyə verilib.

Son xəbərlər

Orphus sistemi