"Azərkosmos"un ixrac gəlirləri 13 % azalıb

"Azərkosmos"un ixrac gəlirləri 13 % azalıb Bu ilin I rübündə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") 40 ölkəyə 5,4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac edib.
İKT
28 Aprel , 2023 14:52
Azərkosmosun ixrac gəlirləri 13 % azalıb

Bu ilin I rübündə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") 40 ölkəyə 5,4 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac edib.

“Report” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın aprel sayında bildirilir.

Hesabata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 4 ölkə çox və 0,8 milyon ABŞ dolları (12,9 %) azdır.

Yanvar-mart aylarında "Azərkosmos"un ixrac gəlirləri onun ümumi gəlirlərinin 80 %-ni təşkil edib ki, bu da illik müqayisədə 6 faiz bəndi azdır.

Təkcə ötən ay isə "Azərkosmos" 39 ölkəyə 1,8 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 9 ölkə və 0,3 milyon ABŞ dolları (14,3 %) çoxdur.

3 ay ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracının ilk beşliyində Böyük Britaniya (1,2 milyon ABŞ dolları), Lüksemburq (1 milyon ABŞ dolları), Fransa (805,7 min ABŞ dolları), BƏƏ (446 min ABŞ dolları) və Almaniya (252,5 min ABŞ dolları) qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi