"Azərkosmos"un əməkdaşları СOP28 tədbirində panel müzakirəsi ilə çıxış edib

"Azərkosmos"un əməkdaşları СOP28 tədbirində panel müzakirəsi ilə çıxış edib Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan BMT-nin “İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı”nın 28-ci sessiyasında (COP28) Azərbaycan
İKT
11 Dekabr , 2023 14:31
Azərkosmosun əməkdaşları СOP28 tədbirində panel müzakirəsi ilə çıxış edib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunan BMT-nin “İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı”nın 28-ci sessiyasında (COP28) Azərbaycana məxsus milli pavilyonda iştirak edir.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, "Azərkosmos"un əməkdaşları ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə kosmik monitorinq fəaliyyətinin roluna həsr olunmuş panel müzakirəsi ilə çıxış edib. “From space to Earth: Data driven decision-making in the age of Climate Change” adlı sessiyada qonaq qismində coğrafi informasiya sahəsi üzrə fəaliyyət göstərən ABŞ-nin “ESRI”, BƏƏ-nin “Bayanat" və Birləşmiş Krallığın “Geospatial Insight” şirkətlərinin rəhbər nümayəndələri iştirak ediblər.

Sessiyada iqlim dəyişikliyinin yaratdığı problemlərin həllində kosmik məlumatların istifadəsi, strategiyaları və bu sahə üzrə beynəlxalq əməkdaşlığın rolundan da bəhs olunub.

200-ə yaxın ölkədən 97 000-dən çox nümayəndə COP28 tədbirində iştirak edir. Tədbirin əsas gündəliyində iqlim dəyişikliyinin yaratdığı mənfi təsirlərin azaldılması və iqlimin möhkəmləndirilməsi kimi mövzular əsas yer tutub.

Son xəbərlər

Orphus sistemi