"Azərkosmos" peyk xidmətlərini Botsvanada təqdim edəcək

"Azərkosmos" peyk xidmətlərini Botsvanada təqdim edəcək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") Botsvananın Mülki Aviasiya İdarəsi ilə əməkdaşlığa başlayıb.
İKT
8 Avqust , 2024 16:32
Azərkosmos peyk xidmətlərini Botsvanada təqdim edəcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") Botsvananın Mülki Aviasiya İdarəsi ilə əməkdaşlığa başlayıb.

"Report" bu barədə "Azərkosmos"a istinadən xəbər verir.

Məlumata görə, tərəflər arasında imzalanmış uzunmüddətli tərəfdaşlıq müqaviləsi sayəsində Botsvanada “Azerspace-1” peykinin yerüstü rabitə və data xidmətləri təqdim olunacaq.

“Azerspace-1” peykinin C yayım zolağının Afrika şüası üzrə Botsvanaya peyk data xidmətinin verilməsi ilk dəfə olaraq həyata keçirilir.

"Azərkosmos" təkcə Cənubi Afrikada yerləşən 13 ölkədən 6-na peyk xidmətləri təqdim edir. Botsvana ilə qurulmuş bu əməkdaşlıq Cənubi Afrika ölkələrində həyata keçirilən irihəcmli data layihələrində “Azerspace” peyklərinin xidmətlərinin istifadəsini genişləndirəcək.

Son xəbərlər

Orphus sistemi