"Azərkosmos" noyabrda ixrac gəlirlərini 13% artırıb

"Azərkosmos" noyabrda ixrac gəlirlərini 13% artırıb Bu ilin yanvar-noyabr aylarında “Azərkosmos” ASC 30 ölkəyə 41,3 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac edib.
İKT
30 Dekabr , 2020 12:23
Azərkosmos noyabrda ixrac gəlirlərini 13% artırıb

Bu ilin yanvar-noyabr aylarında “Azərkosmos” ASC 30 ölkəyə 41,3 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac edib.

"Report" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı "İxrac icmalı"nın dekabr sayına istinadən xəbər verir.

Sənədə əsasən, bu, bu ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4 ölkə və 0,7 milyon dollar (1,7 %) çoxdur.

“Azərkosmos”un ixracdan gəlirləri onun ümumi gəlirlərinin 90 %-ni təşkil edib.

2020-ci ilin noyabr ayında isə “Azərkosmos” 20 ölkəyə 3,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib ki, bu da 2019-cu ilin eyni dövrünə nisbətən müvafiq olaraq 1 ölkə və 0,4 milyon dollar (12,9 %) çoxdur.

11 ay ərzində “Azərkosmos”un xidmət ixrac etdiyi əsas ölkələr ABŞ, Birləşmiş Krallıq, Fransa, Malayziya, ABŞ və BƏƏ olub.

Son xəbərlər

Orphus sistemi