"Azərkosmos" “Azerspace-1” peyki üçün sığortaçı seçir

"Azərkosmos" “Azerspace-1” peyki üçün sığortaçı seçir Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") dəyəri 66,5 milyon ABŞ dolları olan “Azerspace-1” telekommunikasiya peykinin sığortalanması üçün açıq tender elan edib.
İKT
9 Yanvar , 2024 13:30
Azərkosmos “Azerspace-1” peyki üçün sığortaçı seçir

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") dəyəri 66,5 milyon ABŞ dolları olan “Azerspace-1” telekommunikasiya peykinin sığortalanması üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 1 000 manatdır.

Sorğuda iştirak etmək istəyənlər təkliflərini fevralın 6-sı, saat 17:00-a qədər “Azərkosmos”un yerləşdiyi Bakı şəhəri, Üzeyir Hacıbəyli küçəsi, 72 ünvanına təqdim edə bilərlər.

Təkliflərə fevralın 6-sı, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.

Qeyd edək ki, ötən il dəyəri 80 milyon ABŞ dolları olan “Azerspace-1” peykinin sığortalanması üçün “Paşa Sığorta" ASC cəlb edilmişdi. Bu xidmətlərə görə şirkətə 946,5 min manat ödənilib.

Xatırladaq ki, "Azerspace-1” peyki 2013-cü ildə yerətrafı orbitə buraxılıb. “Azerspace -1”in istismar müddəti 17 ildir.

“Azerspace-1” rəqəmsal teleradio yayımı və internetə giriş xidmətləri təqdim edə, çoxxidmətli VSAT şəbəkələri yarada, məlumatları ötürə və hökumət rabitəsini təmin edə bilər. Onun əhatə dairəsi çox sayda bölgəni – Şərqi, Orta və Qərbi Afrikanı, Avropanı və Orta Asiyanı əhatə edir.

Son xəbərlər

Orphus sistemi