Azərbaycanın mobil cihaz bazarı oyunçularının pay bölgüsü açıqlanıb

İKT
  • 05 dekabr, 2024
  • 07:38
Azərbaycanın mobil cihaz bazarı oyunçularının pay bölgüsü açıqlanıb

Bu ilin noyabr ayında Azərbaycanın mobil cihazlar bazarında “Samsung”un payı 34,17 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin noyabr hesabatına istinadən verdiyi məlumata görə, bu, oktyabr ayına nisbətən 0,62 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 3,64 faiz bəndi çoxdur.

İkinci pillədəki “Xiaomi”nin bazar payı oktyabr ayı ilə meqayisədə 0,1 faiz bəndi azalaraq və 2023-cü ilin noyabr ayına nisbətən 5,2 faiz bəndi artaraq 27,81 % olub.

Növbəti sıradakı “Apple”ın bazar payı noyabrda aylıq 0,44 faiz bəndi, illik müqayisədə isə 0,2 faiz bəndi artaraq 16,81 % təşkil edib.

Dördüncü pillədə qərarlaşan adları açıqlanmayan brendlərin payı oktyabra nisbətən 1,43 faiz bəndi, ötən ilin noyabr ayı ilə müqayisədə 15,1 faiz bəndi azalaraq 8,8 % olub.

İlk beşliyi 5,11 % bazar payı ilə “Honor” qapayır. Şirkətin bazar payı əvvəlki aya nisbətən 0,08 faiz bəndi azalıb, bir il əvvəlki göstərici ilə müqayisədə isə 3,21 faiz bəndi artıb.

Son xəbərlər

Bütün Xəbər Lenti