Azərbaycanın elektron cihaz bazarında planşetlərin payı bir ayda 14 % azalıb  

İKT
  • 06 mart, 2025
  • 14:45
Azərbaycanın elektron cihaz bazarında planşetlərin payı bir ayda 14 % azalıb  

Bu ilin fevral ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 72,36 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin fevral hesabatına istinadən verdiyi məlumata görə, bu, yanvar ayına nisbətən 0,82 faiz bəndi az, 2024-cü ilin fevral ayı ilə müqayisədə isə 4,66 faiz bəndi çoxdur.

Kompüterlərin bazar payı aylıq 1,1 faiz bəndi artaraq, illik müqayisədə isə 5,58 faiz bəndi azalaraq 25,93 % olub.

Fevralda planşetlərin bazar payı 1,71 %-də qərarlaşıb ki, bu da yanvara nisbətən 0,28 faiz bəndi az, bir il əvvəlki göstərici ilə müqayisədə isə 0,92 faiz bəndi çoxdur. Beləliklə planşetlərin bazar payı ötən ay ərzində 14 % azalıb.

44 filmi