Azərbaycandakı ev təsərrüfatlarının 58 %-nin genişzolaqlı internetə çıxışı var

Azərbaycandakı ev təsərrüfatlarının 58 %-nin genişzolaqlı internetə çıxışı var Azərbaycanda 1,7 milyona yaxın ev təsərrüfatı genişzolaqlı internetlə əhatə olunub ki, bu da ölkədə mövcud ev təsərrüfatlarının 58 %-ni təşkil edir.
İKT
11 Dekabr , 2023 11:18
Azərbaycandakı ev təsərrüfatlarının 58 %-nin genişzolaqlı internetə çıxışı var

Azərbaycanda 1,7 milyona yaxın ev təsərrüfatı genişzolaqlı internetlə əhatə olunub ki, bu da ölkədə mövcud ev təsərrüfatlarının 58 %-ni təşkil edir.

"Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ilin sonuna qədər sözügedən nisbətin 60 %-ə çatdırılması nəzərdə tutulur.

Nazirliyin həyata keçirdiyi “Onlayn Azərbaycan” layihəsi çərçivəsində bu ilin yanvar-noyabr aylarında ölkədə 888 minə yaxın ev təsərrüfatının genişzolaqlı internetə çıxış imkanı yaradılıb. Layihə çərçivəsində dövlət-özəl tərəfdaşlıq modeli əsasında bir neçə telekommunikasiya operatorunun birgə səyləri nəticəsində minimum 25 Mbit/s internet sürəti ilə ölkənin əksər regionlarını əhatə edən genişzolaqlı şəbəkə qurulacaq.

Belə ki, hazırda şəhərlərin və kəndlərin GPON (Gigabit Passive Optical Networks) texnologiyası əsasında yüksəksürətli və genişzolaqlı internetlə təmin edilməsi istiqamətində işlər gedir. Bu texnologiya üzərindən vətəndaşlar istər ancaq telefoniya xidmətinə qoşula, istərsə də “internet + telefoniya”, “internet + televiziya (ikisi birində)” və “internet + telefoniya + televiziya (üçü birində)” paketlərini əldə edə bilərlər. Ödənişlər abunəçilərin qoşulduğu xidmətlərə uyğun hesablanır.

Sözügedən layihə üzrə görülən işlərin 2024-cü ilin sonuna kimi yekunlaşacağı planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi