Azərbaycanda yay/qış vaxtına keçidin ləğvi pirat əməliyyat sistemlərində problem yaradacaq

Azərbaycanda yay/qış vaxtına keçidin ləğvi pirat əməliyyat sistemlərində problem yaradacaq Azərbaycandakı kompüter istifadəçiləri analoji problemlə bu ilin mart ayında da üzləşiblər
İKT
112
26 Oktyabr , 2016 11:05
Azərbaycanda yay/qış vaxtına keçidin ləğvi pirat əməliyyat sistemlərində problem yaradacaq

Bakı. 26 oktyabr. REPORT.AZ/ “Microsoft” Korporasiyası oktyabr ayının sonuncu bazar günü Azərbaycanda olan lisenziyalaşdırılmış “Windows” istifadəçilərinin kompüter sistemlərində yay/qış vaxtına keçidin ləğvi ilə bağlı uyğunsuzluğun olmayacağını elan edib.

“Report”un verdiyi xəbərə görə, bu il mayın 10-da “Microsoft” tərəfindən Azərbaycan ərazisində “Windows” əməliyyat sistemlərində vaxtın hesablanması və saat qurşağının müəyyənləşdirilməsi funksiyalarının tənzimlənməsi üçün məcmu yenilənmənin (“Windows Update”) istifadəyə verilməsi sayəsində lisenziyalaşdırılan “Windows” istifadəçilərinin kompüter sistemlərində vaxtla bağlı heç bir uyğunsuzluq qeydə alınmayıb.

Korporasiya Azərbaycan ərazisində xüsusi “Windows Update” istifadəyə verib. Yenilənmədən “Windows”un bütün lisenziyalaşdırılan versiyalarından istifadə edənlər mayın 10-dan ölkə ərazisində yararlana bilərlər.

Pirat və ya lisenziyasız əməliyyat sistemi istifadə edənlər, eləcə də “Windows” yeniləmələri xidmətini söndürən istifadəçilər vaxtla bağlı uyğunsuzluqla üzləşəcəklər. Belə ki, qeyd edilən əməliyyat sistemlərində yay vaxtına keçid və ya ləğvi adəti üzrə baş verəcək. Bu da həmin sistemlərdə saatların səhv göstərməsi ilə nəticələnəcək.

Qeyd edək ki, Azərbaycan hər ilin mart və oktyabr aylarının sonuncu həftəsinin bazar günü müvafiq olaraq yay və qış vaxtlarına keçirdi. Nazirlər Kabinetinin 17 mart tarixli 131 saylı qərarına əsasən, bu ilin martın 27-də ölkə ərazisində yay vaxtına keçid ləğv olunub. Bu qərar müvafiq keçidə bir neçə gün qalmış elan edildiyi üçün kompüter sistemlərində vaxtla bağlı uyğunsuzluqlar əmələ gəlməsinə səbəb olub.

Son xəbərlər

Orphus sistemi