Azərbaycanda tezliklərdən istifadəyə dair yeni tarif metodikası hazırlanıb

Azərbaycanda tezliklərdən istifadəyə dair yeni tarif metodikası hazırlanıb "Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi qarşıdakı 10 ildə tezliklərdən istifadəyə dair yeni tarif metodikası hazırlayıb".
İKT
27 Yanvar , 2022 10:30
Azərbaycanda tezliklərdən istifadəyə dair yeni tarif metodikası hazırlanıb
Rövşən Rüstəmov

"Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi qarşıdakı 10 ildə tezliklərdən istifadəyə dair yeni tarif metodikası hazırlayıb".

"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirini müavini Rövşən Rüstəmov Bakıda keçirilən "Azərbaycanda rəqəmsal inkişaf və nəqliyyat sahəsi üzrə prioritetlər" mövzusunda seminarda deyib.

"İndiyə qədər telekommunikasiya sahəsində bir sıra problemlər yığılıb-qalıb. Real rəqabətə imkan olduğu halda bir sıra sahələrdə bəzi çatışmazlıqlar bu rəqabəti tam aparmağa imkan verməyib. Rabitə sektorunda qeyri-qanuni xidmətlər göstərməyə cəhdlər olub və bütün bunların qarşısını almaq üçün yeni tənzimləyici orqan - İnformasiya və Kommunikasiya Texnologiyaları Agentliyi yaradılıb. Tezliklərin bazar iştirakçıları arasında ədalətli şəkildə bölünməsi bizim üzərimizə düşür. Son illərdə tezliklərin düzgün bölünməməsi süstlüyə gətirib çıxarıb. Vəziyyəti düzəltmək üçün yeni tarif metodikası hazırlanıb. Regionlardan asılı olaraq tariflər dəyişəcək. Eyni tarifi həm Bakıya, həm də regiona aid etmək düzgün deyil", - o bildirib.

Son xəbərlər

Orphus sistemi