Azərbaycanda planşetlərdə “Safari” brauzerinin payı 70 %-dən çox azalıb

İKT
  • 03 fevral, 2025
  • 11:14
Azərbaycanda planşetlərdə “Safari” brauzerinin payı 70 %-dən çox azalıb

Bu ilin yanvar ayında Azərbaycanda bütün platformalarda (kompüterlər, mobil cihazlar, planşetlər) “Chrome” brauzerinin bazar payı 78,33 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin yanvar hesabatına istinadən verdiyi məlumata görə, bu, 2024-cü ilin dekabr ayına nisbətən 0,26 faiz bəndi çox, bir il əvvəlki göstərici ilə müqayisədə 0,09 faiz bəndi azdır.

İkinci pillədəki “Safari”nin bazar payı aylıq 0,48 faiz bəndi, illik isə 0,56 faiz bəndi artaraq 10,96 % olub.

Növbəti yerdə qərarlaşan “Samsung Internet”in bazar payı ay ərzində 0,24 % artaraq, illik müqayisədə isə 0,82 faiz bəndi azalaraq 3,94 % təşkil edib.

Dördüncü yerdəki “Opera”nın bazar payı aylıq 0,52 faiz bəndi, illik isə 0,63 faiz bəndi azalaraq 2,35 % təşkil edib.

İlk beşliyi qapadan “Yandex Browser”in bazar payı aylıq 0,09 faiz bəndi azalaraq, illik isə 0,72 faiz bəndi artaraq 1,8 % olub.

Müxtəlif platformaların bazar payına görə brauzerlərin ilk beşliyi aşağıdakı kimidir:

Kompüterlərdə:

“Chrome” – 80,98 % (aylıq 1,27 faiz bəndi və illik 1,44 faiz bəndi çox)

“Edge” – 6,11 % (aylıq 1,06 faiz bəndi və illik 1,15 faiz bəndi az)

“Opera” – 5,06 % (aylıq 0,32 faiz bəndi və illik 1,63 faiz bəndi az)

“Safari” – 2,8 % (aylıq 0,10 faiz bəndi və illik 0,59 faiz bəndi az)

“Firefox” – 2,29 % (aylıq 0,22 faiz bəndi və illik 0,28 faiz bəndi çox)

Mobil cihazlarda:

“Chrome” – 77,16 % (aylıq 0,32 faiz bəndi çox və illik 1,05 faiz bəndi az)

“Safari” – 13,85 % (aylıq 0,38 faiz bəndi və illik 1,49 faiz bəndi çox)

“Samsung Internet” – 5,39 % (aylıq 0,20 faiz bəndi çox və illik 0,84 faiz bəndi az)

“Yandex Browser” – 1,6 % (aylıq 0,18 faiz bəndi az və illik 0,86 faiz bəndi çox)

“Opera” – 1,48 % (aylıq 0,61 % və illik 0,42 faiz bəndi az)

Planşetlərdə:

“Chrome” – 89,17 % (aylıq 3,86 faiz bəndi az və illik 19,27 faiz bəndi çox)

“Safari” – 6,44 % (aylıq 2,31 faiz bəndi çox və illik 15,34 faiz bəndi az). Beləliklə də “Safari”nin bazar payı 70,4 % azalıb.

“Android” – 3,95 % (aylıq 1,58 faiz bəndi çox və illik 4,4 faiz bəndi az)

“Yandex Browser” – 0,40 % (aylıq 0,23 faiz bəndi və illik 0,05 faiz bəndi çox)

“Opera” – 0,38 % (aylıq 0,12 faiz bəndi çox və illik 0,14 faiz bəndi az)

Son xəbərlər

Bütün Xəbər Lenti