Azərbaycanda mobil operator texnologiya şirkətini alaraq fəaliyyətini genişləndirib
- 19 may, 2023
- 15:01
Yeniliklərdən dərhal xəbərdar olun!
Naxçıvan Muxtar Respublikası ərazisində fəaliyyət göstərən mobil operator “Naxtel” MMC “Araztech” MMC texnologiya şirkətini onun bütün hüquq və öhdəliklərinin təhvil edilməsi aktına əsasən alıb.
"Report" bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetinə istinadən xəbər verir.
Məlumata görə, “Naxtel” MMC “Araztech” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunur.
Xatırladaq ki, "Araztech" MMC ötən ilin dekabrın 30-da Naxçıvanda qeydiyyata alınıb. Nizamnamə kapialı 10 manat olan şirkətin qanuni təmsilçisi Rəşad Namazovdur.
"Naxtel" MMC isə 2015-ci ilin fevralın 3-də vergi orqanlarında qeydiyyata alınıb. Nizamnamə kapitalı 1 000 manat olan şirkətin qanuni təmsilçisi Kamil Yusifovdur.