Azərbaycanda mobil cihazların bazar payı azalmaqda davam edir
- 05 oktyabr, 2024
- 09:35
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin sentyabr ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 72,74 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin sentyabr hesabatına istinadən verdiyi məlumata görə, bu, avqust ayına nisbətən 0,04 faiz bəndi az, bir il əvvəlki göstərici ilə müqayisədə isə 1,95 faiz bəndi çoxdur. Bu elektron cihazların bazar payı ardıcıl olaraq üçüncü aydır azalmaqda davam edir.
Kompüterlərin bazar payı avqusta nisbətən 0,08 faiz bəndi artaraq, 2023-cü ilin sentyabr ayı ilə müqayisədə isə 1,74 faiz bəndi azalaraq 26,37 % olub.
Sentyabrda planşetlərin bazar payı 0,89 %-də qərarlaşıb ki, bu da avqusta nisbətən 0,03 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 0,21 faiz bəndi azdır.