Azərbaycanda mobil cihazların bazar payı 10 %-dən çox azalıb

İKT
  • 06 yanvar, 2025
  • 13:28
Azərbaycanda mobil cihazların bazar payı 10 %-dən çox azalıb

Ötən ilin dekabr ayında Azərbaycanın elektron cihaz bazarında (kompüter, mobil cihaz və planşetlər) mobil cihazların payı 71,42 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin dekabr hesabatına istinadən verdiyi məlumata görə, bu, noyabr ayına nisbətən 0,39 faiz bəndi, 2023-cü ilin göstərici ilə müqayisədə isə 8,25 faiz bəndi çoxdur. Beləliklə mobil cihazların bazar payı bir il əvvəlki göstərici ilə müqayisədə 10,4 % azalıb.

Kompüterlərin bazar payı noyabra nisbətən 0,26 faiz bəndi azalaraq, 2023-cü ilin dekabr ayı ilə müqayisədə isə 6,17 faiz bəndi artaraq 25,46 % olub.

Dekabrda planşetlərin bazar payı 3,12 %-də qərarlaşıb ki, bu da noyabra nisbətən 0,65 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 2,08 faiz bəndi çoxdur.

Son xəbərlər

Bütün Xəbər Lenti