Azərbaycanda mobil cihazlarda “Android”in payı iyulda 8 %-ə yaxın azalıb

İKT
  • 04 avqust, 2025
  • 16:42
Azərbaycanda mobil cihazlarda “Android”in payı iyulda 8 %-ə yaxın azalıb

Bu ilin iyul ayında Azərbaycanda mobil cihazlarda “Android” əməliyyat sisteminin bazar payı 80,79 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin iyul hesabatına istinadən verdiyi xəbərə görə, bu, iyun ayına nisbətən 6,83 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 4,19 faiz bəndi azdır. Beləliklə onun bazar payı əvvəlki aya nisbətən iyulda 7,8 % azalıb.

Mobil cihazlarda “İOS” əməliyyat sisteminin bazar payı aylıq 6,95 faiz bəndi və illik müqayisədə 4,4 faiz bəndi artaraq 18,78 % olub.

Planşetlərdə "Android”in bazar payı aylıq müqayisədə 7,14 faiz bəndi azalaraq və illik müqayisədə 2,42 faiz bəndi artaraq 70,69 % təşkil edib.

Həmin cihazlarda “İOS”un bazar payı 28,9 % təşkil edib ki, bu da aylıq müqayisədə 6,81 faiz bəndi çoxdur, illik isə 2,08 faiz bəndi azdır.

Son xəbərlər

Bütün Xəbər Lenti