Azərbaycanda Mələk İnvestorlar Məktəbi fəaliyyətə başlayıb

Azərbaycanda Mələk İnvestorlar Məktəbi fəaliyyətə başlayıb “Technovate - Sabah Mələk İnvestorlar Klubu”nun ölkəmizdə ilk dəfə yaratdığı Mələk İnvestorlar Məktəbi fəaliyyətə başlayıb.
İKT
9 Oktyabr , 2023 16:28
Azərbaycanda Mələk İnvestorlar Məktəbi fəaliyyətə başlayıb

“Technovate - Sabah Mələk İnvestorlar Klubu”nun ölkəmizdə ilk dəfə yaratdığı Mələk İnvestorlar Məktəbi fəaliyyətə başlayıb.

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, tədris prosesində mələk investor olmaq istəyənlər ABŞ, təlimçilərindən nəzəri bilikləri və təcrübəni mənimsəyəcəklər və qabaqcıl ölkələrin, xüsusilə də ABŞ-nin startaplarına sərmayə yatırmaq imkanı əldə edəcəklər: "Bu layihə ölkəmizdə startap ekosisteminin innovativ əsaslarla inkişafına, investisiya fəaliyyətinin və biznes mühitinin təkmilləşməsinə töhfə verəcək".

Son xəbərlər

Orphus sistemi