Azərbaycanda İKT sektorunda məhsul istehsalı 10 %-dən çox artıb

İKT
  • 15 aprel, 2024
  • 12:32
Azərbaycanda İKT sektorunda məhsul istehsalı 10 %-dən çox artıb

Bu ilin I rübündə Azərbaycanda informasiya və rabitə sektorunda 489,5 milyon manatlıq məhsul istehsal edilib.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 % çoxdur.

Təkcə mart ayında bu sektorda 167 milyon manatlıq məhsul istehsal olunub ki, bu da əvvəlki aya nisbətən 6 %, ötən ilin eyni dövrünün göstəricisindən 7,7 % çoxdur.

Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda 29 096,9 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4 % çox ümumi daxili məhsul istehsal olunub.