​Azərbaycanda icbari sığorta məhsulları "e-İmza" ilə satılacaq

İKT
  • 24 iyun, 2016
  • 09:51
​Azərbaycanda icbari sığorta məhsulları e-İmza ilə satılacaq

Bakı. 24 iyun. REPORT.AZ/ Azərbaycanda icbari sığorta məhsullarının "Elektron imza" ilə satılmasına hazırlıq işləri gedir. "Report" xəbər verir ki, bunu Bakıda keçirilən beynəlxalq sığorta forumunda İcbari Sığorta Bürosunun (İSB) icraçı direktoru Elxan Quliyev bildirib.

Onun sözlərinə görə, bu məqsədlə rəhbərlik etdiyi qurumun Sertifikasiya Mərkəzi qurulmaqdadır. Bu işlər başa çatandan sonra icbari sığortanı "e-İmza" ilə almaq mümkün olacaq.