Azərbaycanda dövlət qurumlarının informasiya ehtiyatında boşluqlar üzrə 373 hesabat hazırlanıb

Azərbaycanda dövlət qurumlarının informasiya ehtiyatında boşluqlar üzrə 373 hesabat hazırlanıb Azərbaycanda dövlət qurumlarının informasiya sisteminin auditi zamanı 2023-cü ilin birinci yarısında informasiya ehtiyatında aşkarlanan boşluqlar üzrə 373 hesabat hazırlanıb.
İKT
23 Sentyabr , 2023 13:28
Azərbaycanda dövlət qurumlarının informasiya ehtiyatında boşluqlar üzrə 373 hesabat hazırlanıb

Azərbaycanda dövlət qurumlarının informasiya sisteminin auditi zamanı 2023-cü ilin birinci yarısında informasiya ehtiyatında aşkarlanan boşluqlar üzrə 373 hesabat hazırlanıb.

"Report" xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov bu gün keçirilən Dövlət Qurumlarının IT rəhbərlərinin II Zirvə Toplantısında "Görülən işlər, yeniliklər və gələcək planlar" adlı təqdimatında deyib.

O bildirib ki, müvafiq hesabatlarla dövlət qurumlarına müraciət edilib, boşluqların aradan qaldırılması ilə bağlı tövsiyələr verilib: "2022-ci illə müqayisədə hesabatların sayında artım var və bu, aparılan auditlərin sayının artırılması ilə bağlıdır. Eyni zamanda dövlət informasiya ehtiyatlarında yenilənmələr gec aparıldığı üçün nəticədə bəzi boşluqların yenidən yaranması da müşahidə edilir".

Son xəbərlər

Orphus sistemi