Azərbaycanda dövlət qurumları üçün rəqəmsal transformasiya üzrə yol xəritəsi hazırlanacaq

Azərbaycanda dövlət qurumları üçün rəqəmsal transformasiya üzrə yol xəritəsi hazırlanacaq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi dövlət qurumları üçün rəqəmsal transformasiya ilə bağlı yol xəritəsinin müəyyənləşdirilməsini planlaşdırır.
İKT
16 Dekabr , 2022 13:09
Azərbaycanda dövlət qurumları üçün rəqəmsal transformasiya üzrə yol xəritəsi hazırlanacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi dövlət qurumları üçün rəqəmsal transformasiya ilə bağlı yol xəritəsinin müəyyənləşdirilməsini planlaşdırır.

"Report" xəbər verir ki, bunu Agentliyin sədr müavini İnarə Vəliyeva ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

"İndiyənə qədər bir çox dövlət qurumları bu sahədə bir sıra işlər görüb. Bununla yanaşı, rəqəmsal transformasiya ilə bağlı heç bir iş görməyən dövlət qurumları da mövcuddur, kifayət qədər bu istiqamətdə işlər görən dövlət qurumları da var. Lakin bu onların öz təşəbbüsləri çərçivəsində olub, vahid məqsədə doğru getməyiblər", - İ. Vəliyeva deyib.

O hesab edir ki, ümumi məqsədləri, ümumi yolu nəzərə alaraq İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi onlara dəstək ola bilər, onların inkişaf strategiyasını, yol xəritəsini müəyyən edə bilər.

"Energetika Nazirliyi ilə bu proses bitib, onlarla bir neçə görüş keçirilməlidir ki, proses bitmiş hesab olunsun. Digər nazirliklər öz sırasını gözləyir", - İ. Vəliyeva bildirib.

Son xəbərlər

Orphus sistemi