​Azərbaycana daha 2 ikimərtəbəli elektrik qatarı gətirilib

​Azərbaycana daha 2 ikimərtəbəli elektrik qatarı gətirilib Bununla da ölkədə bu növ qatarların sayı 5-ə çatıb
İKT
17 İyun , 2016 13:01
​Azərbaycana daha 2 ikimərtəbəli elektrik qatarı gətirilib

Bakı. 17 iyun. REPORT.AZ/ İsveçrənin “Stadler Rail Group” şirkətinin "Stadler Minsk" (Belarus) zavodunda istehsal olunmuş "KİSS" markalı daha iki ədəd ikimərtəbəli elektrik qatarı Bakı sərnişin stansiyasına gətirilib. "Azərbaycan Dəmir Yolları" QSC-dən "Report"a verilən məlumata görə, bununla da ölkədə bu növ qatarların sayı 5-ə çatıb.

Xatırladaq ki, "KİSS" markalı elektrik qatarının birincisi 2015-ci ilin mayın 30-da, ikincisi mayın 31-də, üçüncüsü isə avqustun 20-də Bakıyagətirilib. Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarının ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396-dır və bunun da 84-ü biznes-sinifə aiddir.

Dəmir yolu nəqliyyatı sisteminin modernləşdirilməsi üzrə "Azərbaycan Dəmir Yolları" QSC ilə “Stadler Rail Group” şirkəti arasında uzun müddət danışıqlar aparılıb. 13 may 2015-ci ildə Bakıda keçirilən "TransCaspian-2015" beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi çərçivəsində "Stadler Rail Group" şirkətindən "KİSS" markalı 5 ikimərtəbəli elektrik qatarının alınmasına dair saziş imzalanıb.

Son xəbərlər

Orphus sistemi