Azərbaycan vətəndaşları kredit tarixçələrini daha rahat əldə edəcəklər

Azərbaycan vətəndaşları kredit tarixçələrini daha rahat əldə edəcəklər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC tərəfindən yaradılan SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imzanın tərəfdaş qurumların sistemlərinə inteqrasiya prosesi davam edir. Növbəti inteqrasiya prosesi A
İKT
15 Sentyabr , 2022 10:08
Azərbaycan vətəndaşları kredit tarixçələrini daha rahat əldə edəcəklər

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “AzInTelecom” MMC-nin yaratdığı SİMA – bulud əsaslı yeni nəsil rəqəmsal imza "Azərbaycan Kredit Bürosu" MMC-nin sisteminə inteqrasiya olunub.

"Report" bu barədə nazirliyə istinadən xəbər verir.

Tərəfdaşlığa əsasən vətəndaşlar AKB-nin yeni B2C (biznesdən müştəriyə) xidməti olan rəqəmsal tarixçə platforması – FINDOC-da qeydiyyatdan keçmək, həmçinin yaradılmış şəxsi kabinetdə müvafiq razılaşma sənədini elektron qaydada imzalamaq üçün SİMA proqram təminatından istifadə imkanı əldə edirlər.

FINDOC-un təqdim etdiyi xidmətlər kredit hesabatına baxış, skor hesabatına baxış, kredit hesabatının PDF formatında əldə edilməsi və kredit hesabatının Büronun rəsmi elektron poçtundan digər e-poçt ünvanına yönləndirilməsidir. Bununla da vətəndaşlar məsafə qət etmədən və zaman itkisinə yol vermədən xidmətlərdən faydalana biləcəklər.

SİMA vasitəsilə digər sahələr üzrə də elektron xidmətlərdən yararlanmaq mümkündür. Bunlara rəqəmsal dövlət, bank, bank olmayan kredit təşkilatı (BOKT), sığorta, mobil operatorlar, elektronika, məişət, TV və internet provayderlər, bir sözlə imza tətbiq olunan bütün sahələr daxildir.

Yeni nəsil rəqəmsal imzanın həm vətəndaşlar, həm də xidmət təklif edənlər üçün maliyyə xərclərinin azaldılması və vaxt itkisinin qarşısının alınması kimi üstünlükləri var. Bundan əlavə, SİMA-nın istənilən sistemə inteqrasiya oluna bilməsi, eləcə də avtomatlaşdırılma istifadəçilər üçün sürətli və istənilən sayda imzalama imkanı qazandırır.

SİMA tətbiqini mobil cihaza yükləmək və bir dəfə qeydiyyatdan keçmək kifayətdir. Rəqəmsal xidmətlərə əlçatanlığı artıran imzanın ölkəmizdə biznes proseslərini sürətləndirəcəyi gözlənilir.

Son xəbərlər

Orphus sistemi