Azərbaycan və Rusiya rabitə administrasiyaları arasında koordinasiya görüşü keçirilir

Azərbaycan və Rusiya rabitə administrasiyaları arasında koordinasiya görüşü keçirilir Qubada Azərbaycan və Rusiya Federasiyasının rabitə administrasiyaları arasında yerüstü xidmətlər üzrə koordinasiya görüşü başlayıb.
İKT
11 May , 2023 10:17
Azərbaycan və Rusiya rabitə administrasiyaları arasında koordinasiya görüşü keçirilir

Qubada Azərbaycan və Rusiyanın rabitə administrasiyaları arasında yerüstü xidmətlər üzrə koordinasiya görüşü başlayıb.

Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumata görə, görüşdə ölkəmizi nazirliyin nümayəndələri ilə yanaşı, Dövlət Radiotezliklər İdarəsi, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi, “Radio Televiziya Yayımı və Peyk Rabitəsi” İB və mobil rabitə operatorlarının mütəxəssisləri təmsil edirlər.

Koordinasiya görüşündə müxtəlif tezlik zolaqlarından, o cümlədən radio və televiziya yayımı, yeni nəsil mobil rabitə şəbəkələri və digər yerüstü texnologiyaların tətbiqi üçün müvafiq tezlik zolaqlarından sərhədyanı ərazilərdə maneəsiz istifadənin təmin edilməsi məqsədilə zəruri texniki təhlillər və hesabatlar aparılır. Həmçinin sözügedən tezlik zolaqlarının koordinasiyası üçün milli maraqlara uyğun prinsip və meyarların müəyyən edilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi