Azərbaycan “Rəqəmsal Məcəllə”nin hazırlanması üçün məsləhətçi şirkət cəlb edib

Azərbaycan “Rəqəmsal Məcəllə”nin hazırlanması üçün məsləhətçi şirkət cəlb edib Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Azərbaycan Respublikasının Rəqəmsal Məcəlləsi”nin layihəsi beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, rəqəmsal inkişaf sahəsində beynəlxalq və ölkədaxili təcrübə əsa
İKT
6 Fevral , 2024 13:23
Azərbaycan “Rəqəmsal Məcəllə”nin hazırlanması üçün məsləhətçi şirkət cəlb edib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi “Azərbaycan Respublikasının Rəqəmsal Məcəlləsi”nin layihəsi beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, rəqəmsal inkişaf sahəsində beynəlxalq və ölkədaxili təcrübə əsasında hazırlanması işlərinin satın alınmasına dair elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Baker Tilly Audit Azərbaycan" QSC-dir.

Qalib şirkətə göstərdiyi xidmətlərə görə 377,6 min manat ödəniləcək.

Xatırladaq ki, məsləhətçi şirkət aşağıdakı işləri icra edəcək:

- Məcəllənin hansı standartlara uyğun hazırlanacağı, hansı beynəlxalq təcrübəyə əsaslanacağı, hansı meyarları tətbiq edəcəyi və s.;

- Hazırlanmış Rəqəmsal Məcəllənin layihəsinin qiymətləndirilməsi və təkmilləşdirilməsi: zəruri materialların və məlumatların toplanması; layihənin hazırlanması zamanı xarici ölkələrin, xüsusən rəqəmsallaşma və elektron hökumət üzrə beynəlxalq reytinqlərdə ilk 10-da olan ölkələrin təcrübəsinə və qanunvericiliyinə, həmçinin ölkə daxili təcrübə və qanunvericiliyə dair materiallar və məlumatlar toplanılmalıdır.

- Layihə ilə bağlı konsepsiyanın hazırlanması;

- Toplanan materialların və məlumatların təhlili əsasında Rəqəmsal Məcəllənin strukturu, tənzimetmə predmeti və gətirdiyi yenilikləri ehtiva edən konseptual sənədin hazırlanması.

Son xəbərlər

Orphus sistemi