Azərbaycan internetin orta aylıq sürətinə görə geriləyib

Azərbaycan internetin orta aylıq sürətinə görə geriləyib Bu ili may ayında Azərbaycanda internetin orta sürətinə görə dünya ölkələri arasında 7 pillə geriləyərək 125-ci yerdə qərarlaşıb.
İKT
329
16 İyun , 2021 10:38
Azərbaycan internetin orta aylıq sürətinə görə geriləyib

Bu ili may ayında Azərbaycanda sabit genişzolaqlı internetin orta sürətinə görə dünya ölkələri arasında 7 pillə geriləyərək 125-ci yerdə qərarlaşıb.

“Report”un “Speedtest Global Index”ə istinadən verdiyi xəbərə görə, ötən ay ölkədə sabit genişzolaqlı internetin orta sürəti 23,25 MB/S olub.

Hesabatda qeyd edilir ki, ölkəmiz mobil internetin sürətinə görə də 1 pillə geriləyib və 36,34 MB/S sürətlə 68-ci pillədə qərarlaşıb.

Sabit genişzolaqlı internetin sürəti ilə bağlı siyahıda 180 ölkənin adı var. Birinci yerdə Hong-Kong (245,01 MB/S), sonuncu yerdə isə Türkmənistan (4,19 MB/S) qərarlaşıb.

Mobil operatorlarla bağlı siyahıda isə Birləşmiş Ərəb Əmirlikləri 194,09MB/S sürətlə birinci, Əfqanıstan isə 6,86 MB/S sürətlə sonuncu 137-ci yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi