Azərbaycan Cənubi Koreyanın “ağıllı” idarəetmə mərkəzlərinin təcrübəsi ilə tanış olub

Azərbaycan Cənubi Koreyanın “ağıllı” idarəetmə mərkəzlərinin təcrübəsi ilə tanış olub Azərbaycanın Cənubi Koreyadakı Səfirliyinin dəstəyilə iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın III iclasında və Azərbaycan-Cənubi Koreya biznes forumunda iştirak edən Azərbaycan nümayəndə heyəti bu gün Seulda bir sıra ikitərəfli görüş
İKT
8 İyun , 2023 17:39
Azərbaycan Cənubi Koreyanın “ağıllı” idarəetmə mərkəzlərinin təcrübəsi ilə tanış olub

Azərbaycanın Cənubi Koreyadakı Səfirliyinin dəstəyilə iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın III iclasında və Azərbaycan-Cənubi Koreya biznes forumunda iştirak edən Azərbaycan nümayəndə heyəti bu gün Seulda bir sıra ikitərəfli görüşlər keçirib.

Bu barədə "Report"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

Məlumata görə, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA), Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA) və Koreya Ağıllı Şəhər Assosiasiyasında yüksək səviyyəli rəsmilərlə baş tutan görüşlərdə Koreya ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda həyata keçirilən “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, habelə Koreya şirkətlərinin Azərbaycanda, xüsusilə işğaldan azad edilmiş ərazilərdəki layihələrdə iştirakı və ölkəmizə investisiya qoyuluşu imkanları müzakirə olunub.

Nümayəndə heyəti həmçinin Seul və Anyang şəhər meriyalarının inteqrəolunmuş “ağıllı” idarəetmə mərkəzlərini ziyarət edərək Koreya təcrübəsi ilə yaxından tanış olub.

Son xəbərlər

Orphus sistemi