“Apple” ötən ay Azərbaycanın mobil cihaz bazarındakı payının 27 %-ni itirib

İKT
  • 04 iyun, 2025
  • 13:19
“Apple” ötən ay Azərbaycanın mobil cihaz bazarındakı payının 27 %-ni itirib

Bu ilin may ayında Azərbaycanın mobil cihazlar bazarında “Samsung”un payı 30,77 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin may hesabatına istinadən verdiyi məlumata görə, bu, aprel ayına nisbətən 3,09 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə 2,05 faiz bəndi çoxdur.

İkinci pillədəki “Xiaomi”nin bazar payı aylıq müqayisədə 2,93 faiz bəndi artaraq və illik müqayisədə 0,02 faiz bəndi azalaraq 26,22 % olub.

Növbəti sıradakı adları açıqlanmayan brendlərin payı aylıq müqayisədə 2,04 faiz bəndi, illik müqayisədə 0,74 faiz bəndi azalaraq 16,37 % olub.

Dördüncü pillədə qərarlaşan “Apple”ın bazar payı aylıq müqayisədə 5,11 faiz bəndi, illik müqayisədə isə 1,99 faiz bəndi azalaraq 13,74 % təşkil edib. Beləliklə şirkətin bazar payı əvvəlki aya nisbətən 27 % azalıb.

İlk beşliyi 6,17 % bazar payı ilə “Honor” qapayır. Onun bazar payı əvvəlki aya nisbətən 1,23 faiz bəndi artıb, bir il əvvəlki göstərici ilə müqayisədə isə 1,11 faiz bəndi azalıb.