“Apple” Azərbaycanın planşet bazarındakı payının 3/4-nü itirib

İKT
  • 06 yanvar, 2025
  • 09:10
“Apple” Azərbaycanın planşet bazarındakı payının 3/4-nü itirib

Ötən ilin dekabr ayında Azərbaycanın planşet bazarında “Samsung”un payı 84,09 % təşkil edib.

“Report”un “Statcounter” agentliyinin dekabr hesabatına istinadən verdiyi məlumata görə, bu, noyabr ayına nisbətən 2,57 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 27,89 faiz bəndi çoxdur.

İkinci pillədə qərarlaşan “Apple”ın bazar payı aylıq 2,35 faiz bəndi, illik isə 20,83 faiz bəndi azalaraq 6,75 % təşkil edib. Beləliklə də şirkət 2023-cü ilin dekabr ayına nisbətən bazar payının 75,5 %-ni itirib.

Üçüncü pillədəki “Xiaomi”nin bazar payı aylıq 0,71 faiz bəndi, illik isə 4,6 faiz bəndi azalaraq 3,42 % olub.

Dördüncü pillədə qərarlaşan “Honor”un bazar payı aylıq 0,45 faiz bəndi, illik isə 1,01 faiz bəndi artaraq 2,8 % təşkil edib.

İlk beşliyi 2 %-lik bazar payı ilə adları açıqlanmayan brendlər qapayır. Onların bazar payı əvvəlki aya nisbətən 0,21 faiz bəndi artıb, bir il əvvəlki göstərici ilə müqayisədə isə 1,9 faiz bəndi azalıb.

Son xəbərlər

Bütün Xəbər Lenti