“Apple” avqustda Azərbaycanın planşet bazarındakı payının 15 %-ni itirib
- 03 sentyabr, 2024
- 08:54
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu ilin avqust ayında Azərbaycanın planşet bazarında “Samsung”un payı 47,22 % təşkil edib.
“Report”un “Statcounter” agentliyinin avqust hesabatına istinadən verdiyi məlumata görə, bu, iyul ayına nisbətən 0,66 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 15,39 faiz bəndi azdır.
İkinci pillədə qərarlaşan “Apple”ın bazar payı müvafiq olaraq 4,57 faiz bəndi azalaraq və 6,95 faiz bəndi artaraq 26,41 % təşkil edib. Beləliklə də şirkət əvvəlki aya nisbətən avqustda bazar payının 15 %-ni itirib.
Üçüncü pillədəki “Xiaomi”nin bazar payı müvafiq olaraq 1,5 faiz bəndi azalaraq və 2,45 faiz bəndi artaraq 10 % olub.
Dördüncü pillədə qərarlaşan adları açıqlanmayan brendlərin bazar payı müvafiq olaraq 4,08 faiz bəndi və 2,7 faiz bəndi artaraq 7,65 % təşkil edib.
İlk beşliyi 3,53 %-lik bazar payı ilə “Honor” qapayır. Onun bazar payı əvvəlki aya nisbətən 1,97 faiz bəndi, bir il əvvəlki göstərici ilə müqayisədə isə 3,52 faiz bəndi artıb.