AMEA "TEKNOFEST Azərbaycan" festivalında təmsil olunmaq istəyir

AMEA "TEKNOFEST Azərbaycan" festivalında təmsil olunmaq istəyir Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) mayın 26-29-da Bakıda keçiriləcək "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalında təmsil olunmaq istəyir.
İKT
16 Aprel , 2022 15:33
AMEA TEKNOFEST Azərbaycan festivalında təmsil olunmaq istəyir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) mayın 26-29-da Bakıda keçiriləcək "TEKNOFEST Azərbaycan" Aerokosmik və Texnologiya Festivalında təmsil olunmaq istəyir.

"Report" xəbər verir ki, bu barədə AMEA-ya məxsus “Elm və Texnologiyalar Parkı” MMC-nin direktoru Zahir Nəsibov məlumat verib.

Onun sözlərinə görə, hazırda şirkət Akademiyasnın 2 institutu ilə birgə pilotsuz uçan aparatların (PUA) hazırlanması, təkmilləşdirilməsi və tətbiqi ilə bağlı layihə reallaşdırır və festivalda texnoloji nailiyyətlərini nümayiş etdirəcək. Bunun üçün "Elm və Texnologiyalar Parkı”na geniş pavilyon ayrılacaq.

"Bu dronlar kənd təsərrüfatı sahəsində monitorinq üçün nəzərdə tutulmuş həllərdir və multi-spektral kameralar vasitəsilə bitki örtüyünün, torpağın öyrənilməsini nəzərdə tutur. Onlar fermerlərin müasir innovasiya və texnologiyalardan istifadəsini daha da genişləndirəcək, həm "TEKNOFEST Azərbaycan"da, həm də Kənd Təsərrüfat Nazirliyinin keçirdiyi innovasiya sərgilərində təqdim olunacaq. Düşünürük ki, layihəmiz bu sahədə tədqiqatlar aparan, bitki və torpaq örtüyünü öyrənən nazirlik və təşkilatların da diqqətini cəlb edəcək və yeni fürsətlər açacaq, müxtəlif sahələrdə ixtisaslaşmış mütəxəssisləri bir araya gətirməklə, ortaq innovativ layihələr həyata keçirməklə yeni həllərin yaradılmasına böyük töhfələr verəcək", - deyə Z.Nəsibov qeyd edib.

Direktor onu bildirib ki, festival çərçivəsində PUA müsabiqələrinin yalnız tələbələr arasında keçirilməsi diqqət çəkir: “Bu, artıq onu göstərir ki, tədbirin təşkilatçıları Azərbaycanda sözügedən sahədə fəaliyyət göstərən mütəxəssislərin mövcudluğundan xəbərdardır və sahənin genişlənməsi üçün gəncləri bu işlərə təşviq edir. Eyni zamanda, ümid edirik ki, bu tədbirdən sonra, ölkəmizdə dronlara sahib olmaq üçün qoyulan tələblər yumşaldılacaq və yerli istehsal üçün geniş imkanlar açılacaq”.

Son xəbərlər

Orphus sistemi