Yuxarı

“Yaraq-Qazmalar” sərhəd buraxılış məntəqəsinin fəaliyyəti təkmilləşdiriləcək

Bakı. 15 fevral. REPORT.AZ/ Rusiyanın Azərbaycanla sərhədindəki “Yaraq-Qazmalar” dəmir yolu sərhəd buraxılış məntəqəsinin fəaliyyəti təkmilləşdiriləcək.

“Report” TASS-a istinadən xəbər verir ki, Rusiyanın Şimali Qafqaz işləri nazirinin müavini Olqa Ruhullayeva həmin məqsədlər üçün vəsait ayrıldığını bildirib.

Sözügedən sərhəd buraxılış məntəqəsindəki işlərin sadələşdiriləcəyini, bununla da buraxılış həcminin artırılacağını qeyd edən nazir müavini bildirib ki, Finlandiya ilə sərhədimizdə də olduğu kimi, qatarlarda sərhəd keçmək işlərinin sürətləndirilməsi barədə də danışıqlar nəzərdə tutulur.

Rusiyalı rəsmi sadələşdirilmiş rejim nəticəsində turist mübadiləsinə təkan verəcək beynəlxalq turizm marşrutu yaratmaq imkanı yaranacağını da diqqətə çatdırıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi