Xoşbəxt Yusifzadənin 60 ildən sonra Pirşağıya gələn elektrik qatarı - VİDEO

Xoşbəxt Yusifzadənin 60 ildən sonra Pirşağıya gələn elektrik qatarı - VİDEO "İndi Bəxtiyar sağ olsaydı, deyəcəkdi evi qaytar. Elektriçka gəldi evi neynirsən?"
İnfrastruktur
15 Yanvar , 2020 15:03
Xoşbəxt Yusifzadənin 60 ildən sonra Pirşağıya gələn elektrik qatarı - VİDEO

Dünən görkəmli neftçi-alim və geoloq, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

"Report"un məlumatına görə, tədbirdə çıxış üçün söz alan Xoşbəxt Yusifzadə öz həyatından maraqlı məlumatı danışıb:

“Mən evlənmişəm, Neft Daşlarında işləyirəm. Amma xanımım kənddədir, şəhərə gedir-gəlir, özü də o vaxt yollar Pirşağıda bir kökdəydi. Heç gedib-gəlmək olmurdu. Gördüm bu yazıq lap əziyyət çəkir. Bəxtiyar Məmmədov idarədə mənim rəisim idi. Ona bir ərizə yazdım. Dedim ki, Bəxtiyar Mamedoviç, ya Pirşağıya elektriçka çəkdir, ya da mənə ev ver. O, əvvəl bir az gözümün içinə baxdı: nə danışırsan, nə yazmısan? Dedim, yazmışam da, bax. Sonra bir az fikirləşib dedi ki, elektriçka çəkdirə bilmərəm, amma sənə ev verərəm. İndi o gün cənab İlham Əliyev Pirşağıya elektriçka ilə gəldi. Mən gördüm bu elektriçkanı, ay Xoşbəxt, 60 ildən sonra sənin elektriçkan gəldi Pirşağıya. İndi Bəxtiyar sağ olsaydı, deyəcəkdi evi qaytar. Elektriçka gəldi evi neynirsən?”

Xatırladaq ki, Sabunçu-Pirşağı-Sabunçu sahəsində infrastrukturun əsaslı təmir işlərinin başa çatması ilə əlaqədar bu istiqamətdə hərəkət edən elektrik qatarının marşrutu Pirşağı stansiyasına kimi uzadılıb.

Ötən ilin dekabrın 2-dən etibarən gün ərzində Bakıdan Pirşağıya və Pirşağıdan Bakıya “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən 8 qatarın hərəkətdə olması təmin edilir.

Son xəbərlər

Orphus sistemi