Yuxarı

​Rəsmi Moskva: "İpək yolu" nəqliyyat dəhlizi Rusiya-Azərbaycan münasibətlərinin gündəliyində durmur

Səfir: Rusiya bu layihəyə tamamilə sakit yanaşır

Bakı. 10 fevral. REPORT.AZ/ "İpək yolu" nəqliyyat dəhlizi Rusiya-Azərbaycan münasibətlərinin gündəliyində durmur.

"Report" xəbər verir ki, bunu "Komsomolskaya Pravda"ya müsahibəsində Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib.

O bu layihənin Rusiyanın Ukrayna ilə münasibətləri fonunda bir qədər siyasiləşdirildiyini diqqətə çatdırıb.

"Rusiya bu layihəyə tamamilə sakit yanaşır. Bizdə hər hansı bir təşviş və ya məsələni dramlaşdırma yoxdur. Dünyada o qədər dəmir yolu keçir ki. Bir hissəsi Rusiyadan, başqa bir hissəsi onun yanından. Bu bazardır! Rəqabət, məlum olduğu kimi, tərəqqinin mühərrikidir", - deyə Rusiyanın Azərbaycandakı səfiri rəsmi Moskvanın mövqeyini bildirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi