Bakı. 10 fevral. REPORT.AZ/ "İpək yolu" nəqliyyat dəhlizi Rusiya-Azərbaycan münasibətlərinin gündəliyində durmur.
"Report" xəbər verir ki, bunu "Komsomolskaya Pravda"ya müsahibəsində Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib.
O bu layihənin Rusiyanın Ukrayna ilə münasibətləri fonunda bir qədər siyasiləşdirildiyini diqqətə çatdırıb.
"Rusiya bu layihəyə tamamilə sakit yanaşır. Bizdə hər hansı bir təşviş və ya məsələni dramlaşdırma yoxdur. Dünyada o qədər dəmir yolu keçir ki. Bir hissəsi Rusiyadan, başqa bir hissəsi onun yanından. Bu bazardır! Rəqabət, məlum olduğu kimi, tərəqqinin mühərrikidir", - deyə Rusiyanın Azərbaycandakı səfiri rəsmi Moskvanın mövqeyini bildirib.