Ölkənin dəmir yolu infrastrukturunda hansı yeniliklər gözlənilir? - MÜSAHİBƏ

Ölkənin dəmir yolu infrastrukturunda hansı yeniliklər gözlənilir? - MÜSAHİBƏ Bu gün ölkənin dəmir yollarında mühüm yeniliklər baş verir. Belə ki, artıq bir sıra istiqamətlərdə yeni tipli sürət elektrik qatarları fəaliyyət göstərir. Ölkənin infrastrukturu da buna uyğun qurulmalıdır. Bu səpkidə görülən işlərlə bağlı “Report” Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur departamentinin rəisi Füzuli Quliyevdən müsahibə alıb. Həmin müsahibəni təqdim edirik.
İnfrastruktur
22 Aprel , 2020 09:41
Ölkənin dəmir yolu infrastrukturunda hansı yeniliklər gözlənilir? - MÜSAHİBƏ

Bu gün ölkənin dəmir yollarında mühüm yeniliklər baş verir. Belə ki, artıq bir sıra istiqamətlərdə yeni tipli sürət elektrik qatarları fəaliyyət göstərir. Ölkənin infrastrukturu da buna uyğun qurulmalıdır. Bu səpkidə görülən işlərlə bağlı “Report” "Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur departamentinin rəisi Füzuli Quliyevdən müsahibə alıb. Həmin müsahibəni təqdim edirik.

- “Azərbaycan Dəmir yolları” QSC-də hərəkətin tənzimlənməsində yeni Mikro Prossesor Mərkəzləşməsi (MPM) sistemin tətbiq edilməsi ilə bağlı hansı işlər görülür? Bu sistemin hansı üstünlükləri var və hazırda hansı stansiyalarda quraşdırılıb və gələcəkdə hansı istiqamətlərdə tətbiqi nəzərdə tutulur?

- Mikroprosessor bazası əsasında qatarların hərəkətinin tənzimləmə prosesində siqnalizasiya, avtobloklama və mərkəzləşmə sisteminin qurulması ox sayğaclarının köməyi ilə həyata keçirilir. Bu sistem bir sıra üstünlüklərə malikdir:

- qatarların təhlükəsiz hərəkətinin tam təmin edilməsi;

- sistem səhv etmir, özü-özünü diaqnostika edir, yaranacaq nasazlıqları barədə qabaqcadan xəbər verir;

- qatarların hərəkətinin bir mərkəzdən (DM) idarə edilməsinə imkan verir;

- 25% elektrik enerjisinə qənaət edir;

- avadanlıq və qurğuların yerləşməsinə görə tutduğu həcm 3 dəfə azalır;

- yerlərdə (DSN), (SÇN) avtomat iş yerlərinin yaradılması qatarların hərəkətini “onlayn” rejimdə izləyir, qatarları stansiya növbətçisi və operator olmadan qrafik üzrə hərəkətini kompüterlə idarə edir;

- texniki xidmət və təmiri asandır;

- texniki personalın sayını azaldır;

- mənzillərdə çöl avadanlıqlarına ehtiyacı aradan qaldırır, kabel materialına qənaət edilir.

2017-2020-ci ildən Böyük-Kəsik-Gəncə sahəsində 13 stansiya, 12 mənzil MPM sisteminə qoşulub, tam işlək vəziyyətdə istismar edilir. Gəncə-Ucar sahəsində isə 10 stansiyada, 9 mənzildə MPM sistemi quraşdırılıb, ölkədə karantin rejimi bitdikdən sonra 5 ay müddətinə istismara veriləcək. 

- Ölkənin dəmir yollarının hansı istiqamətlərində təmir işləri aparılıb və bu işlərinin yekunlaşması nəzərdə tutulur? Bakı-Böyük Kəsik sahəsində təmir işləri nə zaman yekunlaşacaq?

- Mart ayının 18-də  Abşeron dairəvi dəmir yolunun sonuncu mərhələsi olan Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin yenidənqurmadan sonra açılışı oldu. Bu o deməkdir ki, stansiya yolları ilə birlikdə dairəvi dəmir yolunda 198 km yol əsaslı təmir olunub. Bakı-Böyük-Kəsik sahəsində ümumilikdə 917,2 km yol əsaslı təmir olunub, yol işləri tam başa çatdırılıb. 46 dəst yoldəyişən qurğular dəmir-beton tirlərlə birlikdə əvəzləndikdən sonra bu sahədə təmir işləri tam başa çatdırılacaq.

“Azərbaycan Dəmir Yolları”nın infrastrukturunun təkmilləşdirilməsi istiqamətində bir sıra işlərin görülməsi nəzərdə tutulub, Ləki-Qəbələ yolu - uzunluğu 43 km-dir, yolun 23 km çəkilib qalan hissəsində tikinti işləri davam etdirilir; Qaradağ-Güzdək yolu - uzunluğu 34 km-dir, mövcud yol birxətli olub, yolda əsaslı təmir işlərinə başlanılıb. Bu yola paralel ikinci yeni dəmir xəttinin çəkilməsi üçün torpaq işləri görülür. Yol ikixətli olaraq layihələndirilib.

Bundan başqa, Xudat-Şahdağ ,Sumqayıt-Yalama, Ələt-Osmanlı, Osmanlı-Qasımlı, Osmanllı-Astara , Qasımlı-Astara, Bakı-Böyük-Kəsik , Ucar-Bakı, Biləcəri-Yalama sahələrində, Bakı şəhərətrafı dəmir yolu, Abşeron yarımadasında digər dəmir yolu xətləri istiqamətində gələcəkdə də bir çox infrastruktur işlərinin həyata keçirilməsi nəzərdə tutulur.

- Bu il Azərbaycan dəmir yollarının hansı istiqamətlərdə sürət həddinin artırılması nəzərdə tutulur? Sürət həddinin artırılmasın prossesində dəmir yolu infrastrukturu buna uyğun necə formalaşdırılır?

- Hazırda aparılan əsaslı təmir və rekonstruksiya işlərindən sonra bu il də nəzərə alınmaqla Bakı-Böyük-Kəsik və Bakı-Abşeron dairəvi dəmir yolunda sürətlər artırılıb. Sürət artımı həm yol, həm də kontakt şəbəkəsinin vəziyyətindən asılı olaraq təyin edilir. Hazırda kontakt şəbəkəsində 70 km sahədə, eyni zamanda 11 stansiyaların baş yollarında yoldəyişən qurğuların dəyişdirilməsi ilə bağlı işlər aparılır. Bu işlər yekunlaşdıqdan sonra 100 km-ə yaxın yollarda sürət qaldırılacaq. Bütün bunlar imkan verib ki, Bakı-Böyük-Kəsik istiqamətində Bakı-Gəncə sürətli elektrik qatarının orta sürətinin 96,3 km/saata çatdıraq və vaxt olaraq 3 saat 45 dəqiqəyə çatdıraq. 100 km-lik yolda sürət  qaldırıldıqda isə qatarın yolda olma müddəti 3 saat 30 dəqiqəyə enəcək. Müvafiq olaraq digər sərnişin qatarlarının hərəkət qrafiki xeyli yaxşılaşaraq qrafikdə 2-2,5 saat tez çatdırılmaya nail olunub. 

Son xəbərlər

Orphus sistemi