Yuxarı

“Formula 1” üzrə Azərbaycan Qran-prisinin bolidləri Bakıya gətirilib

​“Formula 1” Azərbaycan Qran-Prisinin bolidləri Bakıya gətirilib

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün yüklərin Heydər Əliyev Beynəlxalq Aeroportuna gətirilməsinə başlanılıb.

Bu barədə "Report"a hava limanının mətbuat xidmətindən açıqlama verilib. Yarış bolidləri, onlara xidmət və yarışların təşkili üçün lazım olan avadanlıq reyslərlə Şanxay və Bəhreyndən gətirilib.

Yüklərin böyük hissəsi Azərbaycanın “Silk Way West Airlines” aviaşirkəti tərəfindən daşınıb. Milli yük aviadaşıyıcısı təkcə “Formula 1”in Azərbaycan mərhələsi üçün deyil, həm də müxtəlif qitələrdə digər yarışlar üçün avadanlıqların daşınmasını həyata keçirir.

Qeyd edək ki, bolidlərin təkərləri daim +20 dərəcə temperaturun saxlanıldığı xüsusi konteynerlərdə daşınır.

Azərbaycan Qran-Prisi 26 - 28 apreldə təşkil olunacaq. Yarışlar qədim İçərişəhər, şəhərin müasir hissəsinin siluetləri və Xəzər dənizinin sahili mənzərəsi fonunda keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi