"Ford" və "Volkswagen" pikap və elektromobillər buraxacaq

"Ford" və "Volkswagen" pikap və elektromobillər buraxacaq Bakı. 15 yanvar. REPORT.AZ/ Ford Motor və Volkswagen Group avtomobil istehsalçıları əməkdaşlığı gücləndirir və bir sıra birgə layihələr həyata keçirmək niyyətindədir.
İnfrastruktur
15 Yanvar , 2019 15:22
Ford və Volkswagen pikap və elektromobillər buraxacaq

Bakı. 15 yanvar. REPORT.AZ/ "Ford Motor" və "Volkswagen Group" avtomobil istehsalçıları əməkdaşlığı gücləndirir və bir sıra birgə layihələr həyata keçirmək niyyətindədir.

"Report" "Financial Times"a istinadən xəbər verir ki, VW-nin baş direktoru Herbert Dies şirkətlərin yığcam pikap istehsalı üzrə səylərini birləşdirmək niyyətində olduğunu söyləyib.

Bu, Almaniya avtokonserninə bu seqmentdə Amerika bazarına daxil olmağa imkan verəcək. H.Diesin sözlərinə görə, bu, şirkət üçün "Ford" ilə ittifaqın böyük üstünlüklərindən biridir. Bundan əlavə, VW Çattanuqadakı (Tennessi ştatı) "Ford" zavodunda elektromobillərin istehsalına başlamaq üçün, təxminən, 800 milyon ABŞ dolları xərcləyəcək.

Şirkətlər əməkdaşlıq barədə rəsmi bildirişi bu gün Detroyt avtosalonundakı mətbuat konfransında vermək istəyirdi, amma AFP-nin məlumatına görə, onlar bunu təxirə salıb.

"Hələ mətbuat önünə çıxmaq üçün kifayət qədər məlumatımız yoxdur, ona görə də mətbuat konfransını ləğv etmək qərarına gəldik", - "Ford" nümayəndəsi Mark Trubi deyib.

Son xəbərlər

Orphus sistemi