Bakı. 15 oktyabr. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov oktyabrın 19-da Qubada vətəndaş qəbulu keçirəcək.
Qurumdan "Report"a verilən məlumata görə, qəbul saat 10:00-da Heydər Əliyev Mərkəzində olacaq.
Qəbulda Quba rayonu ilə yanaşı Qusar, Xaçmaz, Şabran rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.
Vətəndaşlar Komitənin fəaliyyət istiqamətləri, o cümlədən daşınmaz əmlakın qeydiyyatı, dövlət əmlakının özəlləşdirilməsi, hərraclarda iştirak, dövlət əmlakının icarəyə götürülməsi, torpaqların texniki parametrlərinin və koordinatlarının müəyyənləşdirilməsi, ünvan məsələləri və digər məsələlərlə bağlı müraciət edə bilərlər.
Qəbula yazılmaq istəyən vətəndaşlar online olaraq komitənin
Komitənin Aparatı: (012) 490 24 08 (daxili 200 və 105)
Komitənin Xaçmaz ərazi şöbəsi: (02332) 5-39-72, 5-33-55
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz ərazi idarəsi: (02332) 5-00-18, (02333) 5-26-14