Bakının ilk "Cib" tipli avtobus dayanacağı hazırdır

Bakının ilk "Cib" tipli avtobus dayanacağı hazırdır Bakı. 10 sentyabr. REPORT.AZ/ Jurnalistlər üçün salınan yaşayış kompleksinin qarşısında Cib tipli dayanacaq məntəqəsi artıq hazırdır.
İnfrastruktur
10 Sentyabr , 2018 17:12
Bakının ilk Cib tipli avtobus dayanacağı hazırdır
0 : 00
0 : 00

Bakı. 10 sentyabr. REPORT.AZ/ Jurnalistlər üçün salınan yaşayış kompleksinin qarşısında "Cib" tipli dayanacaq məntəqəsi artıq hazırdır. 

Bu barədə "Report"a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumata görə, məntəqədə pavilyon və məlumat lövhəsi də quraşdırılıb.

Qeyd edək ki, işlərə ilk olaraq Yeni Salyan yolu, 22 ünvanında jurnalistlər üçün yeni salınan yaşayış kompleksinin qarşısında və yolun əks tərəfində start verilib.

Xatırladaq ki, Bakı şəhərində sərnişinlərin müntəzəm marşrut xətt avtobuslarından rahat və təhlükəsiz istifadəsi üçün zəruri infrastrukturun təşkili işləri davam edir. 45 ünvanda Azərbaycan Dövlət Tikinti Normaları nəzərə alınaraq “Cib” tipli dayanacaq məntəqəsinin təşkilinə başlanılıb.

Nəzərdə tutulan ünvanlar vətəndaş müraciətləri və Bakı Nəqliyyat Agentliyi mütəxəssislərinin apardığı təhlillər əsasında müəyyən edilib. 

Son xəbərlər

Orphus sistemi