Bakının daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Bakının daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır Bakı. 6 dekabr. REPORT.AZ/ Yasamal rayonu, A.M.Şərifzadə küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır.
İnfrastruktur
6 Dekabr , 2018 10:14
Bakının daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır
0 : 00
0 : 00

Bakı. 6 dekabr. REPORT.AZ/ Yasamal rayonu, A.M.Şərifzadə küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılır.

Bu barədə “Report”a “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən bildirilib.

Məlumata görə, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində, "Asan Xidmət" mərkəzinin qarşısında, yolun altından rabitə xətlərinin keçirilməsi ilə əlaqədar olaraq bu gun saat 23:00-dan sabah səhər 05:00-dək (6 saat) avtomobillərin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

"Vətəndaşlardan yarana biləcək müvəqqəti narahatlığa görə, öncədən üzr istəyirik və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını, öncədən hərəkət istiqamətlərinə uyğun olaraq alternativ yollardan istifadə etmələrini xahiş edirik", - məlumatda vurğulanıb.

Son xəbərlər

Orphus sistemi